Ananaslı keks resepti

Ananaslı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 17
Tərkibi:

3 ədəd yumurta

1 su stəkanı  şəkər tozu

1 su stəkanı günəbaxan yağı

1 su stəkanı qatıq

2 su stəkanı un

1 paket qabartma tozu

1 paket vanil

1 qəhvə fincanı  şəkər

5 dilim konservləşdirilmiş ananas

albalı



Hazırlanması:

Keks qəlibini yağlayıb  şəkər səpin.

Ananas dilimlərini tək sıra olacaq  keks qəlibinə düzün.

Keks xəmirini hazırlamaq üçün yumurta və şəkəri yaxşıca çırpın.

Yağ, qatıq, un, vanil və qabartma tozunu əlavə edib çırpmağa davam edin.

Xəmiri keks qəlibinə töküb əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 40 dəqiqə bişirin.

Bişən keksi sobadan çıxardıb 5 dəqiqə otaq istiliyində gözlədin.

Keksi xidmət qabına tərs çevirib ananasların orta qisimlərinə albalı  yerləşdirin.

Dilimləyib xidmət edin.



Nus olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!