Ətçəkən maşınından keçirilmiş peçenye resepti

Ətçəkən maşınından keçirilmiş peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 109
Tərkibi:

yumurta - 2 ədəd

xama - 250 qr

un - 3-4 stəkan

şəkər tozu - 3/4 stəkan

kərə yağı - 150 qr

soda - 1 çay qaşığı

limon şirəsi - 1 çay qaşığı (sodanı söndürmək üçün)

vanilin - 1 paket



Hazırlanması:

1. Yumurta şəkərlə mikserlə yaxşı çalınır, vanilin və xırda doğranmış kərə yağı əlavə olunur və yenə də mikserlə yaxşı qarışdırılır. Sonda limon şirəsi ilə söndürülmüş soda əlavə olunur və qaşıqla qarışdırılır.



2. Tədricən un əlavə edirik. Xəmir kifayət qədər bərk alınmalıdır və əllərə yapışmamalıdır. Daha sonra xəmiri 4 hissəyə bölüb, hər hissəni plyonkaya bükürük və 30 dəqiqə ərzində soyuducuda saxlayırıq.



3. Soyuducudan çıxarılmış xəmiri ətçəkən maşınından çəkirik.



4. Xəmiri bıcaqla təxminən 4-5 sm uzunluqda kəsib perqament kağızı (və ya digər xüsusi kağız) sərilmiş tavaya düzürük.



5. Sobanı əvvəlcədən 180 C kimi qızdırırıq və peçenyeni 20-25 dəqiqə ərzində qızılı rəng alınana kimi bişiririk. Peçenye soyandan sonra üzərinə şəkər kirşanı səpirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!