Rüzgar gülü resepti

Rüzgar gülü resepti
Şirniyyat və Tortlar
10.09.2017 43
Tərkibi:

1 ədəd yumurta

1 stəkan ilıq süd

1 stəkan ilıq su

Yarım armudu stəkan maye yağ

1 paket qabartma tozu

1 yemək qaşığı toz şəkər

1 şirin qaşığı duz

Apardığı qədər un (təxminən 4, 5-5 su stəkanı qədər)



Hazırlanması:

Yoğurma qabına yumurta, süd, su, maye yağ, maya, şəkər və duzu qoyub qarışdırın. Unu az-az əlavə edərək yumşaq bir xəmir yoğurun. Üzərini bağlayıb 35-40 dk mayalandırın. Mayalanan xəmiri 17-18 hissələrə ayırın. Hissələrdən birini götürüb istər əlinizlə istər oxlovla açın və kənar qisiminə dilədiyiniz iç vəsaiti qoyub yarıya qədər rulo edin və açıq qalan hissəsini lentlər şəklində kəsin. Eyni istiqamətlərə tək səfər fırladıb rulonun üzərinə qoyun və simit şəklində uclarını birləşdirin. (Şəkillərdə daha detallı izah etdim)

 

 

Bütün kündələr bitənə qədər davam edin. Yağlı kağız sərilmiş soba nimçəsinə aralı aralı yerləşdirin. 15 dq qədər gözlədin. Üzərinə yumurta sarısı sürün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 30-35 dq bişirin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!