Almalı piroq resepti

Almalı piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 2
Tərkibi:

2 stəkan un

1 ədəd yumurta

2 yemək qaşığı pudra şəkəri

3 yemək qaşığı kərəyağı (ya da marqarin)

1 paket vanil

1 desert qaşığı qabartma tozu



İçlik üçün

3 ədəd orta boy alma

3 yemək qaşığı şəkər

1 desert qaşığı tarçın

1 armudu stəkan qırılmış qoz



Üzəri Üçün;

1 ədəd yumurta sarısı

Çox az zeytunyağı

Pudra şəkəri



Hazırlanması:

Xəmir üçün bütün vəsaitləri yoğurma kabına qoyub yoğurun. Yoğurulan xəmirin ağızını streç film ilə bağlayıb içlik hazır olana qədər soyuducunda gözlədin. İçlik üçün almaların qabıqlarını soyub rəndələyin. Rəndələnilmiş almaları və şəkəri bir tavaya qoyub suyunu çəkənə qədər bişirin. Ocaqdan götürüb darçın və qozu əlavə edib soyumağa qoyun. Soyuducuda gözlətdiyiniz xəmirdən portağal böyüklüyündə parça qoparıb ayırın, bu xəmir üzəri üçün istifadə ediləcək. Dəzgaha çox az un sərpib böyük olan xəmiri yarım santimetr deyil bir az qalın olacaq şəkildə oxlov ilə yayın. Marqarin ilə yağladığınız piroq qəlibinə açdığınız xəmiri yerləşdirin və çəngəl ilə dəlin. Hazırladığınız içliyi üzərinə qoyub bərabər şəkildə yayın. Üzərini bağlayacağınız xəmiri də oxlob ilə yayıb istədiyiniz forma ilə şəkilləndirin. Əvvəldən isidilmiş 180 dərəcə sobada çəhrayılaşana qədər bişirin. Bişən və soyuyan piroqun üzərinə pudra şəkəri səpin.

 

Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!