Şamaxı mütəkkəsi resepti

Şamaxı mütəkkəsi resepti
Şirniyyat və Tortlar
10.09.2017 99
Tərkibi:

0,5 kq un

150 qram kərə yağı

2 ədəd yumurta

1/3 stəkan şəkər tozu

0,5 ç/q maya

Bir çimdik duz

Yoğrulana qədər süd



İçlik üçün:

0,5 kq qovrulmuş, qabığı təmizlənmiş qoz

0,5 kq şəkər tozu

Zövqə görə hil, vanil



Hazırlanması:

"Şamaxı mütəkkəsi"ni hazırlamaq üçün xəmir göstərilən ərzaqlarla yoğrulur, 1-1,5 saat saxladıqdan sonra kündələnir. Nə çox qalın, nə də çox nazik yuxa yayılır. Şəkildəki kimi kəsilir, içlik qoyulur (bu şirniyyatın içliyi, adətən, cemlə olmalıdır), rulet kimi bükülür, üzərinə yumurtanın sarısı çəkilib bişməyə qoyulur. Bu xəmirdən müxtəlif formada şirniyyatlar hazırlaya bilərsiniz. Yumurta sevməyənlər isə, üzərinə heç nə çəkmədən bişməyə qoyur, soyuduqdan sonra üzərinə şəkər kirşanı əlavə edirlər.

 

Qeyd: xəmirdən istədiyiniz formada şirniyyatlar hazırlaya bilərsiniz, bu, artıq sizin zövqünüzə qalır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!