Qoşaürək peçenye resepti

Qoşaürək peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 80
Bu gün sizə kəsmikdən hazırlanan iki fərqli peçenye resepti təqdim edəcəm. Birinci peçenyenin hazırlanma qaydası belədur:



Tərkibi:

Kəsmik - 200 q

Kərə yağı - 100 q

Un - 1 stəkan

Soda - bir çimdik

Üzəri üçün:

1 ç/q darçın

3-4 x/q şəkər tozu



Hazırlanması:

Xəmur üçün ərzaqları qarışdırıb yaxşıca yoğururuq, 2 saatlıq soyuducuya qoyuruq. Bu müddət ərzində isə ikinci peçenyemizi hazırlayırıq.



Tərkibi:

Un - 2 stəkan

Kəsmik - 200 q

Kərə yağı - 200 qram

Yumurta - 1 ədəd

Çay sodası - 1 ç/q

Şəkır tozu



Hazırlanması:

Kəsmiklə yağı yaxşıca qarışdırırıq. Sonra unu, yumurtanı, sirkədə söndürülmüş sodanı əlavə edib qarışdırırıq. 10 dəqiqə gözlədikdən sonra taxtanın üzərinə kartof nişastası əlavə edib xəmirdən kəsdiyimiz hissəni yayırıq. Üzərinə şəkər tozu əlavə edib hər iki tərəfdən ortaya doğru rulet kimi bükürük. Sonra şəkildəki ölçüdə hissələr kəsirik, qalın hissə alta olmaqla şirniyyat təbəqəsinə qoyub, əlimizlə bir qədər yayırıq.



Bu peçenyelər hazır olanadək birinci xəmirimiz üçün gözlədiyimiz vaxt keçir və xəmiri soyuducudan çıxarıb peçenyeləri hazırlayırıq. Bir balaca hissə kəsirik, əlimizin içində yayırıq, bir üzünü darçınlı şəkər tozuna batırırıq, iki qatlayırıq, yenidən darçınlı şəkər tozuna batırırıq, bir də qatlayırıq. Son dəfə üzünü batırıb qənnadı təbəqəsinə düzürük. Üstü qızılı rəng alanadək bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!