Dondurmalı qızarmış ananas resepti

Dondurmalı qızarmış ananas resepti
Şirniyyat və Tortlar
10.09.2017 68
Tropik bir meyvə olan ananası ümumiyyətlə çiy yemək bir adətdir. Meyvə olaraq qabığı soyular və dilimlənər. Bundan başqasuyu da sıxılaraq içilər. Ancaq ananasın elə bir halı var ki bir çox şirniyyatdan həm daha gözəl, həm də edilməsi çox daha praktik!

Qadınlar.Biz təqdim edir.



Tərkibi:

1 ədəd ananas

500 qram vanilli dondurma



Hazırlanması:

1.Ananasın qabıqlarını soyaraq ananası eninə dairələr şəklində dilimləyin.

2. Ananas dilimlərini alüminium falqaya bükdükdən sonra qızartma dəmirinin arasına qoyub manqalın üzərinə yerləşdirin. Manqalınız yoxdursa mikrodalğalı sobada və ya tost maşınında da bişirmək olar.

3. Təxminən 5 dəqiqəyə qədər ananasların bişməsini gözləyin və sonra bişən ananas dilimlərini isti isti xidmət qablarına alın.

4. Bir dilim ananas üzərinə dərhal bir top vanilli dondurma qoyun və ərimədən süfrəyə verin.

5. Zövqə görə üzərinə çiyələk, böyürtkən sousu, meyvənin özü hətta pudra şəkəri və ya darçın əlavə edə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!