Kiçik piroq peçenye resepti

Kiçik piroq peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

150 qr kərəyağı və ya marqarin (otaq istiliyində)

1 ədəd yumurta (sarısı içinə, ağı xəmiri yapışdırma üçün istifadə ediləcək)

1 stəkandan 2 barmaq əskik pudra şəkəri

Yarım stəkan buğda nişastası (qarğıdalı nişastası da istifadə edilə bilər)

1 çay qaşığı qabartma tozu

1 paket vanil

Apardığı qədər un (təxminən 3-3,5 su stəkanı qədər)



Hazırlanması:

Kərə yağı, yumurta sarısı, pudra şəkəri, nişasta və vanili yoğurma qabına qoyub qarışdırın. Un və qabartma tozu da əlavə olunub klassik peçenye xəmiri yoğurun. Yoğurulan xəmiri oxlov köməyiylə yarım santimetr qalınlığında yayın və stəkanının ağızı ilə kəsin. Kəsdiyiniz xəmirin bir qisimini də stəkanından bir az daha kiçik ağızlı , məsələn armudu stəkan ilə kəsin (yəni ortası dəlik olacaq. Şəkillərdə görüldüyü kimi. Mən krem sıkıcağının ucu ilə kəsdim)

 



 

Stəkanın ağızı ilə kəsdiyiniz dairənin üzərinə yumurta ağı çəkib dəlik olan halqanı üzərinə qoyun. Qoyduğunuz halqanın kənarlarına da yumurta ağı şəkməyiyın. Ortasındakı boşluğa damla şokolad qoyub üzərinə qəfəs şəklində bəzəyin. (Şokolad yerinə bonibon, hər hansı bir meyvə və ya cem də qoya bilərsiniz) Bütün xəmir bitənə qədər eyni şəkildə davam edin. Yağlı kağız sərilmiş soba qabına düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 15-20 dq bişirin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!