Bazel brunsliləri resepti

Bazel brunsliləri resepti
Şirniyyat və Tortlar
10.09.2017 27
Tərkibi:  

500 q təmizlənmiş badam

100 q tünd şokolad

450 q şəkər pudrası

4 yumurtanın ağı

2 x.q. gilənar və ya badam likörü

1 ç.q. darçın tozu



Hazırlanması:

Yumurta ağlarını soyuducuya qoyun. Badamı quru tavada ocağın üstündə, yaxud sobada qurudun (yəni qovrulmasın, nəmliyi çıxsın). Sonra qəhvəüyüdən və ya blenderdə un halına düşənədək üyüdün.  Tünd şokoladı 15 dəqiqə dondurucuda saxlayın, sonra sürtgəcin xırda gözündən keçirin.  Möhkəm soyudulmuş yumurta ağlarını şəkər pudrası ilə möhkəm çalın. Gilənar (badam) likörünü əlavə edib ehtiyatla qarışdırın.  Bir qabda badam unu, darçın və sürtgəcdən keçirilmiş şokoladı qarışdırın, sonra az-az çaldığınız yumurta ağına əlavə edin.  Xəmiri təxminən 1,5 sm qalınlıqda yayın, formaların köməyilə peçenye kəsin. Bunları yağlanmış siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.  Süfrəyə qəhvə, çay, südlü kisellə verə bilərsiniz.  



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!