Şobyet resepti

Şobyet resepti
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

Yuxa üçün:


1 kq un

3 ədəd yumurta

1 ç.q duz

1 ç.q limon suyu

25 q kərə yağı

1,5 st ilıq su



Yaymaq üçün:

200 q buğda nişastası



Şərbət üçün:

6 st şəkər tozu

3 st su

1/4 limon



Qaymaq üçün:

2 st süd

100 q mannı



İçlik üçün:

300 q fıstıq ləpəsi ya da qoz ləpəsi

Yağlamaq üçün: 500-600 q kərə yağı



Hazırlanması:

Bu ölçülərlə iki qab şobyet hazırlamaq olur. Fıstıq ləpəsini maşından keçiririk.

Süd ilə mannı yarmasını qarışdırıb qatılaşana qədər bişiririk. Qoyuruq soyusun.

Unu bir qaba ələyib urtasını açırıq. Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.

Qarışdırırıq və bərk xəmir yoğururuq.

Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.



Sonra xəmirdən 20 ədəd kündə düzəldirik. Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.

Yağı əridirik.

Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq. Bacardığınız qədər nazik açın.

Yuxaların 10 ədədini yayıb yağlayıb üst-üstə yığırıq. Qoğaldakı kimi.

Bıçaqla 7x7sm kvadraklar kəsirik.

Hər kvadratın ortasına 1 ç.q qaymaq və 1 ç.q fıstıq töküb qatlayırıq.

Bu qayda ilə hazırlayıb qabı yağlayıb yığırıq. Üç hissələri alta olmaqla yığmaq lazımdı. Bişdikdə ağzı aralanmasın.

Növbəti 10 ədəd kündəni də yayıb eyni qayda ilə hazırlayırıq.

Qalan yağı üstünə töküb 180-190 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Bişənə qədər şərbəti hazırlayırıq.

Şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq. Qarışdırırıq, qaynamağa başlayanda limon dilimini əlavə edib 3-5 dəqiqə də qaynadıb götürürük.

Paxlava bişdikdə sobadan çıxarırıq.

İsti şərbəti sobadan çıxan isti paxlavanın üstünə tökürük. Üstünə çəkilmiş fıstıq tökürük.

Ən azı 2-3 saat qalmalıdır ki şərbəti özünə çəksin.

Şərbəti özünə çəkdikdən sonra paxlavanı çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!