Çiyələkli tort resepti

Çiyələkli tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

 - 9 yemək qaşığı manna yarması (90 qr)

 - 10 yemək qaşığı şəkər (150 qr)

 - 1 kilo yarım yağlı süd

 - 1 paket vanil

 - 25-30 dənə çiyələk

 - 1 ədəd hazır kakaolu keks



Hazırlanması:

Manna yarması şəkər və südü bir qazana qoyun və həll olması üçün qarışdıra qarışdıra pudinq kimi bişirin.

Bişdikdən sonra altını bağlayın. Vanili əlavə edib bir dəfə daha qarışdırın.

Pudinqin yarısını orta boy bir qabda tökün. Tökmədən əvvəl bir az suyla isladın.

Bu şəkildə pudinqi tərs çevirərkən yapışmasını önləyəcəyik.

Üzərinə parçaladığınız və ya küp küp doğradığınız kakaolu keksi yayın.

Keksin üstünü ortadan ikiyə və ya üçə bölərək dilimlədiyiniz çiyələklərlə örtün.

Qalan pudinq ilə çiyələklərin üzərini örtün. Tortunuzu çiyələk və qoz ilə bəzəyə bilərsiniz.

 Manna yarmasının 100 qramında 371 kalori olmalıdır. Yuxarıdakı tortu 8 adama xidmət etdiyimizi düşünsək;



1 dilim çiyələkli manna yarması tortunun kalori dəyəri: 248 kkal



Tövsiyə: Hazır keks istifadə etmək yerinə bayatlamaya üz tutmuş bir

 keksi də bu şirində qiymətləndirə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!