Zebra tortu resepti

Zebra tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 56
Tərkibi:

Xəmir üçün:


200 q şəkər tozu

200 q kərə yağı və ya marqarin

5 yumurta

500 q xama (10-15%)

300-350 q un

3 ç.q. qabartma tozu və ya 1 ç.q. soda

3-4 x.q. kakao



Krem üçün:

400-500 q xama

150 q şəkər tozu

2 ç.q. vanili şəkər tozu



Qlazur üçün:

100 q kərə yağı

5 x.q. süd

6-7 x.q. şəkər tozu

5 x.q. kakao



Hazırlanması:

Yağı şəkər tozu ilə çalın. Yumurta əlavə edib qarışdırın. Xama vurub qarışdırın. Qabartma tozu və un əlavə edib qatı olmayan xəmir hazırlayın.

Xəmiri iki yerə bölün, birinə kakao vurub qarışdırın.

Sinini (təxminən 26 sm diametrli) bitki yağı ilə yağlayın. 1-2 x.q. kakaolu xəmiri qabın ortasına qoyun. Bunun ortasına isə açıq rəngli xəmirdən 1-2 x.q. tökün. Sonra bu qayda ilə növbə ilə tünd və açıq rəngli xəmirdən 1-2 qaşıq hər dairənin ortasına əlavə etməklə xəmir qabın divarlarına yaxınlaşana qədər tökün (göstərilən ərzaqdan hazırlanan xəmir 2 korj üçün nəzərdə tutulub).

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.



Krem üçün xamanı şəkər tozu və vanillə çalın. Korjlardan birinin üzərinə krem çəkin. Korjların hərəsini iki yerə bölmək olar, belədə 4 korj alınacaq. Sonra o biri korju kremin üstündən qoyun.

Qlazur üçün kərə yağını qazançada əridin, süd, şəkər tozu, kakao əlavə edib qarışdıra-qarışdıra qaynara düşənəcən gözləyin. Qatılaşanda ocaqdan götürüb tortun üzərinə çəkin.

Tortu zövqünüzə görə bəzəyin. Ən asan üsul: üzərinə şəkər pudrası səpib ərinmiş şokoladla xətlər çəkin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!