Plombir dondurması resepti

Plombir dondurması resepti
Şirniyyat və Tortlar
10.09.2017 25
Tərkibi:

500 ml qaymaq

5 ədəd yumurta

150-180 qram şəkər tozu

2 x/q kakao (istəyə görə)

2 x/q üyüdülmüş badam (istəyə görə)



Hazırlanması:

Yumurtanın ağı sarısından ayrılır, sarısı şəkər tozu ilə qarışdırılır.

Sonra bura kənarda çalınmış qaymaq əlavə edilir.

Yumurtanın ağı ayrıca çalınır, qabdan tökülməyəcək qədər köpük halına gəlir.

Qaymaqlı qarışığa əlavə edirik.

Üyüdülmüş badam və kakaonu bura əlavə edib qarışdırırıq, buzxanaya qoyuruq. 5-6 saatdan sonra çıxarıb yenidən qarışdırırıq ki, buz tutmuş hissələr ərisin. Sonra 2 saat yenə buzxanada saxlayıb təkrar çalırıq. 1 saat da saxlayıb meyvələrlə servis edirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!