Noktürn piroqu resepti

Noktürn piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:

150 q kəsmik

4 x.q. bitki yağı

1 yumurta

2 x.q. şəkər tozu

1,75 st. un

1,5 ç.q. qabartma tozu (1 paketin yarısı)



iç:

3 yumurta

600 q mandarin

1 limon

100 q kərə yağı

150 q şəkər tozu

750 q kəsmik

225 q xama

1 ç.q. qabartma tozu



Hazırlanması:

Kəsmiyi bitki yağı, yumurta, şəkər tozu ilə birlikdə mikserlə çalın, ələnib qabartma tozu qatılmış un əlavə edin, xəmir yoğurun.

24 sm diametrli formanı yağlayın. Xəmiri yayın. Formanın içinə döşəyin, kənarlarını qaldırın. İçi hazırlayanadək soyuducuya qoyun.

Yumurta ağlarını sarılarından ayırıb çalın və soyuducuya qoyun.

Limonu yuyun, qabığını sürtgəcdən keçirin (1 ç.q. sedra lazımdır). Sonra limonu sıxın (1 x.q. şirə lazımdır).

Yumşaldılmış kərə yağını, şəkər tozunu və yumurta sarılarını çalın. Kəsmik, xama, qabartma tozu, limonun sedrası və şirəsini əlavə edib yaxşıca qarışdırın.

Mandarinlərin qabığını soyub pərdələrini təmizləyin, dilimləri yarı bölüb içə qatın. Soyuducudan çalınmış yumurta ağlarını çıxarıb buraya əlavə edin, qaşıqla ehtiyatla qarışdırın.

İçində xəmir olan formanı soyuducudan çıxarın, kəsmikli içi qoyub hamarlayın. Qalan mandarin dilimlərini üstündən düzün (bir az içəri batırın). 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Əgər üstü tez qızarsa, folqa çəkin.

Piroqu tam soyuyandan sonra süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!