Jeleli tort resepti

Jeleli tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 177
Tərkibi:

2 korj hazırlanır.

Bir korj üçün lazımdır:

4 әdәd yumurta

1 st.şәkәr tozu

2 qәhvә fincanı ilıq su

1 paket qabartma tozu

1 st un

krem

İki cür krem hazırlanır



Layları kremlәmәk üçün lazımdır:

Bişmiş krem:


1 әdәd yumurta

1 dolu x.q un

2 x.q nişasta

1 st şәkәr tozu

2,5 st süd

100 qr yağ



Üstü üçün hazır krem:

Hazır paketә 50 qr yağ,1 st süd qatıb mikserlә çaldı.

Bişmiş krem dә soyuduqdan sonra 100 qr yağ әlavә edib mikserlә çalın. Hәr iki krem hazırdır.



Hazırlanması:

Әvvәlcә yumurtanı 15 dәq. şәkәr tozu ilә çalırlq.

Sonra suyu әlavә editik, qabartma tozunu da una qatıb töküb eyni istiqamәtdә qarışdırırlq.

Biskviti qoyduqdan sonra sobanın ilk 25 dәqiqədə açmırıq.

Xanımlar, bir dә proqramlarda 170-190 dәrәcә deyirlәr o, ev sobalarına aid deyil. Mәndә 190 dәrәcәdә yandırar içi dә çiy qalar. Ona görә sobanın dәrәcәsinә diqqәt etmәliyik. Biskvit hazırdır. İkincini dә eyni qaydada hazırlanır

Hәr iki korju iki yerә bölürük.

Hәr layın arasına 1 fincan süd gәzdiririk. Sonra bişmiş kremlә çəkirik.

Üst qata isә ağ krem çəkirik.

Tortu 3 saat soyuducuya qoyub jeleni hazırlayırıq. Tortu axşamdan hazırlasanız sabaha daha gözәl olur.

2,5 st isti suya bir paket jeleni toküb qarışdırırıq. Sonra 2 stəkan soyuq su әlavә edib, bir müddәt otaq havasında saxlayıb soyuducuya qoyutuq. Tort hazırdır.

Yeleni başqa cür dә istifadә edә bilәrsiniz, mәn üzәrinә tökülmüş formasını istәdim.

Xanımlar, bu tortdan hazırlayın, çox bәyәnәcәksiniz. "Nağıl" tortu kimi çox yumşaqdır.

Artıq qalan jeleni kremlә desert kimi də istifadә edә bilәrsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!