Südlü serb şirniyyatı resepti

Südlü serb şirniyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Bu, milli serb şirniyyatıdı. Serbiyada onu demək olar ki, hər bazar günü hazırlayırlar.

 

Tərkibi:

Şəkər tozu - 6 xörək qaşığı

Manna yarması - 4 xörək qaşığı

Əla növ un - 4 xörək qaşığı

Yumurta -  6 ədəd

Vanil - 1 qram

Qabartma tozu - yarım paket

Süd - 0.5 litr

 

Hazırlanması:

Yumurta sarılarını ağından ayırın.

Ağını möhkəmlənə qədər çalın, arada şəkər tozunu da əlavə edin. Yumurtanın ağını bir-bir, şəkər tozunu isə qaşıq-qaşıq əlavə edin. Kütlənin həcmi artmalıdır.

Mikseri söndürüb bir kənara qoyun. Kütləyə qabatma tozu, manna yarması, un əlavə edin. Amma təbii ki, bunu kiçik ölçülərlə - hissə-hissə edin.

Soba tavasını yağlayın, unlayın və piroqu 180 dərəcə temperaturda 20-25 dəqiqə bişirin. Arada diş çubuğu ilə bişməyini yoxlaya bilərsiniz.

Piroq soyuyana kimi südü qaynama həddinə çatdırın, amma qaynatmayın, üzırinə vanil əlavə edin və ikiyə bölünmüş piroqun üzərinə tökün. Piroq isti südü hopmalıdır.

Südlü piroq olduğu üçün soyuducuda saxlayın.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!