Çiyələkli “short cake” resepti

Çiyələkli “short cake” resepti
Şirniyyat və Tortlar
10.09.2017 27
Tərkibi:

350 qr un

1 paket qabartma tozu

3 qaşıq şəkər tozu

125 qr kərə yağı

125 qr kremşanti

1 yumurta

½ çay qaşığ; duz

½ çay qaşığı vanil



Hazırlanması:

Sobanı 210 dərəcədə isidin. Xəmiri əldə də hazırlaya bilərsiz. Kərə yağını dondurub rəndələyin. Un, qabartma tozu, şəkər tozunu qarışdırın. Sonra çırpılmış yumurta və krem əlavə edib yoğurun. Xəmiri oxlovla 2 sm ölçüsündə açıb stəkanın ağzı ilə yumru dairələr kəsin.

Xəmirləri folqa sərilmiş soba qabına düzün. Üzərinə yumurta ağı sürtüb şəkər tozu səpdikdən sonra 10 -15 dəqiqə bişirin.

250 qr çiyələk

1 xörək qaşığı şəkər tozu

1 çay qaşığı nar şərabı

Çiyələkləri yuyub təmizləyin və yarısını qaşıqla əzin. Digər yarısını dörd hissəyə bölün. Şəkər tozu, nar şərabı, çiyələk əzməsi və diri çiyələkləri qarışdırın. Streç sellofanla örtüb soyuducuda 1 saat saxlayın.

Xəmirlər bişdikdən sonra ortadan bölüb arasına çiyələk qarışımı və kremşanti qoyduqdan sonra süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!