Amadeus tortu resepti - FOTO RESEPT

Amadeus tortu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi:

biskvit:


250 q marqarin

150 q südlü şokolad

6 yumurta

1 fincan şəklər tozu

100 q kartof nişastası

200 q un

2 ç.q. qabartma tozu



krem:

500 ml süd

1 paket karamelli banan pudinqi

1-2 x.q. "Beylis" likörü

500 ml qaymaq

2 paket (20 q) vanilli şəkər

2 paket qaymaq qatılaşdırıcısı



Hazırlanması:

Şokoladı əridib soyudun, amma bərkiməsinə imkan verməyin.

Marqarini krem halına gələnədək çalın. Az-az şəkər tozu əlavə edin. Şokoladı isə yumurta ilə növbələyərək qatın (şokolad-yumurta-şokolad-yumurta və s.).

Unu qabartma tozu ilə qarışdırın, nişasta əlavə edib ələyin. Əsas kütləyə əlavə edib yaxşıca qarışdırın.

Xəmiri 3 yerə bölün.

21 sm diametrli formanın içinə perqament kağızı döşəyin, yağlayın. Xəmirin bir hissəsini töküb hamarlayın, 180 dərəcə qızdırılmış sobada 15-25 dəqiqə bişirin (bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın).

Bütün xəmiri bu qayda ilə bişirin.

Hər üç korju soyudun və ortadan iki yerə bölün, beləliklə 6 korj alınacaq.



Krem:

Qazanda südü bananlı pudinqlə qarışdırın. Vam odda qatılaşınca bişirin. Üzərinə plyonka çəkin və tam soyumağa qoyun.

Soyudulmuş pudinqi "Beylis" likörü əlavə edərək mikserlə çalın.

Qaymaqla vanil və qaymaq qatılaşdırıcısını ayrıca çalın.

Çalınmış qaymağı pudinqlə qarışdırın.

Tortun bütün korjlarına, həmçinin üstünə və kənarına krem çəkin.

Kənarlarını badam yonqarl ilə, üzərini istədiyiniz formada bəzəyin (orijinalda tortun kənarı badam yonqarı, üzəri nar dənələri və şokolad yonqarı ilə bəzədilir).

Tortun hündürlüyü 14 sm alınır.

Bir gecə soyuducuda saxlayın.




 

 

 

 

 


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!