Qızardılmış meyvə piroqu resepti

Qızardılmış meyvə piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 74
Tərkibi:

2st un

1 ədəd yumurta

2 x/q şəkər tozu

1 st süd

1 x/q sirkə

200 q "Wellington" kərə yağı

2 x/q zoğal mürəbbəsi

2x/q limon cemi

2x/q qarağat mürəbbəsi

Duz



Hazırlanması:

Əvvəlcə 2 st unun üzərinə şəkər tozu və duz əlavə edirik.  

Daha sonra yumşalmış 50q kərə yağını doğrayıb unun üzərinə qoyuruq. Birlikdə umac edirik.

Bir kənarda yumurtanı çalıb una əlavə edirik.

Südə sirkə qatıb una əlavə edib xəmir yoğururuq. Qeyd edim ki, sirkə və süd əvəzinə qaymaq və ya kefir də istifadə edə bilərsiniz.  

Xəmiri şəkildə görüyünüz kimi paketə yerləşdiririk.  Bir saat müddətində soyducuda saxlayırıq.  

Bir saat sonra xəmiri yayırıq.

Əvvəlcə düzbucaq formasında kəsirik.  Daha sonra 4 hissəyə bölürük.

Hər bir hissəni 2 hissəyə ayırırıq. Nəticədə 8 hissəli düzbucaq formasında xəmir alınır.

Mürəbbə və cemdən qaşıq vasitəsi ilə götürüb xəmirin üzərinə qoyuruq. Yaymağa gərək yoxdur.

Daha sonra yumurtaya isladılmış fırçanı xəmirin kənar hissələrinə gəzdiririk.  

Xəmirin digər hissəsini mürəbbəli hissəyə doğru qatlayırıq.

Unlu çəngəl vasitəsi ilə xəmirin kənar hissələrini bərkidirik.

Bu ərəfədə tavaya yağ qoyub əridirik.

Meyvəli piroqların isti tavada hər iki üzünü qızardırıq.

Quru salfet üzərinə düzürük.

Üzərinə şəkər kirşanı səpirik.

Buyurun, meyvəli piroqumuz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!