Badamlı ballı tort resepti

Badamlı ballı tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

3 ədəd yumurta

400 ml krem

1 stəkan şəkər

1 paket vanilli pudinq

1 paket qabartma tozu

1 paket vanil

Apardığı qədər un



Üzəri üçün:

300 qram doğranmış badam

150 qram kərə yağı

3 yemək qaşığı şəkər

6 - 7 qaşıq bal



Hazırlanması:

Əvvəlcə keksimizi hazırlayırıq. 3 yumurta, şəkər və vanil krem halına gələnə qədər çırpırıq. Üzərinə puding toz və kremi əlavə edib qarışdırırıq. Son olaraq un və qabartma tozunu əlavə edib 2 - 3 dəqiqə çırpırıq. Yağlanmış soba nimçəsinə hazırladığımız qarışımı tökürük. İsidilmiş sobada 180 dərəcədə əvvəlcə 15 dəqiqə qədər bişiririk. Bu vaxt üzəri üçün: tavaya kərə yağını bir az əridib üzərinə badamı əlavə edib yüngül rəngi dönənə qədər qovururuuq. Son olaraq şəkəri və balı əlavə 2 dəqiqə daha bişiririk. Sobada 15 dəqiqə bişən keksimizi çıxarıb çəngəl ilə hər tərəfinə bir neçə dəfə batıraraq deşirik. Üzərinə hazırladığımız ballı badamı yayıb 10 dəqiqə daha sobada bişiririk. Bir az soyuduqdan sonra doğrayıb süfrəyə xidmət edirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!