Badamlı mini kekslər resepti

Badamlı mini kekslər resepti
Şirniyyat və Tortlar
10.09.2017 38
Tərkibi:

1 paket marqarin

1 su stəkanı şəkər tozu

3 ədəd yumurta

Yarım su stəkanı süd

2 su stəkanı un

1 ədəd rəndələnmiş limon qabığı

1 paket qabartma tozu

1 paket vanil

1 su stəkanı döyülmüş acı badam



Hazırlanması:

Marqarin və 1 su stəkanı şəkər tozu mikserlə təxminən 10 dəqiqə çırpın. Yumurtaları tək-tək əlavə edin. Bu vaxt çırpmağa davam edərək südü əlavə edin. Süd yaxşıca qarışdıqdan sonra unu, vanil və qabartma tozunu əlavə edin. 5 dəq. çırpdıqdan sonra 1 su stəkanı döyülmüş acı badamı əlavə edin.



Badamı əlavə etdikdən sonra çox az çırpın. Hazırladığınız keks qarışığını kiçik   keks qəliblərinə tökün. Əvvəldən isidilmiş orta dərəcəli sobada təxminən 1 saat bişiririk. Soyuduqdan sonra süfrəyə xidmət edirik.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!