Zərif peçenye resepti

Zərif peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 34
Tərkibi:

200 qr. kərə yağı

0,5 st. şəkər kirşanı

1,5 st. un

0,5 st. nişasta

Bir çimdik duz

1-2 x.q şəkər kirşanı üstünə səpmək üçün



Hazırlanması:

Yumşaldılmış kərə yağı şəkər kirşanı ilə mikserlə köpüklənənə qədər  çalınır. Un ayrıca ələnir və ora nişasta da ələnib qarışdırılır. Qarışıq yağlı kütləylə qarışdırılır və xəmir yoğrulur. Xəmir yapışqantəhər olmalıdır. Sonra 1 sellafon torbada 1 saatlığa soyuducuya qoyulur. Soyuducudan çıxarandan sonra kolbasa şəklində yumrulanır və əvvəl 2hissəyə, sonra hər hissəni yenə 2 hissəyə beləliklə eyni sayda eyni ölçüdə tikələr alınacaq qədər bölünür. Tikələr yumrulanır və üstdən azacıq basılır.

Yağlanmış sobanın qabına düzülür və 180 dərəcədə 15-20 dəqiqə qızılı rəng alanadək  bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!