Çiyələkli mütəkkə resepti

Çiyələkli mütəkkə resepti
Şirniyyat və Tortlar
10.09.2017 44
Tərkibi:

200 qr. çiyələk

Yarım litr süd

50 qr. kərə yağı

1 yumurta

2 x.q. şəkər tozu

1ç.q. quru maya

Qlazur üçün 1 yumurta

1 st. şəkər tozu

 

Hazırlanması:

Süd qızdırılır, qaynar olmamalıdır. Maya süddə açılır. Şəkər tozu, yumurta və yumşaldılmış yağ əlavə edilib qarışdırılır. 20-30 dəqiqəliyə isti yerdə saxlanır. Üstündə köpüklər əmələ gələndə ələnmiş un əlavə edilir və yumşaq xəmir yoğrulur. 30-40 dəqiqəliyə acıdılır.

Çiyələklər yuyulur və süzülür. Sonra doğranır və bir qədər şəkər tozu ilə qarışdırılır. Xəmir yayılır, üçbucaq formasında kəsilir, enli tərəfinə şiyələk qoyulub mütəkkə kimi bükülür. Üstünə qlazur sürtülür və 200 dərəcədə  20-25 dəqiqə bişirilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!