Ananaslı muss resepti

Ananaslı muss resepti
Şirniyyat və Tortlar
10.09.2017 41
Tərkibi:

250 qr konservləşdirilmiş ananas

60 qr şəkər

10 qr jelatin

500 ml su

2 qr limon turşusu



Şirəsi üçün:

100 qr şəkər

120 ml su

2 xq sürtgəçdən keçirilmiş limon qabığı.



Hazırlanması:

1. Jelatinə özündən 6-8 dəfə çox soyuq qaynamış su töküb kənara qoyun ki,hissəciklər şişsin.



2. Ananası sürtgəçdən keçirin,alınməş püreyə isti su töküb şəkəri əlavə edin və şişmiş jelatini də qatdıqdan sonra qaynama dərəcəsinə çatdırın.



3.İsti kütləyə limon turşusunu əlavə edib 45 dərəcəyədək soyudun. Sonra qabı buz üstə qoyub köpük əmələ gələnə kimi çırpın. Tez formalara süzüb soyudun.



4.Siropu hazırlamaq üçün şəkər ilə suyu birləşdirib qaynadın,limon qabığının bir hissəsini qatın və soyudun.



5. Mussu təqdim edərkən,sirop ilə sulayın və limon qabığı ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!