Rüzgar gülü şirniyyatı resepti

Rüzgar gülü şirniyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 34
Tərkibi:

125 qr. kərə yağı (otaq temperaturunda)

2/3 su stəkanı pudra şəkəri

1/2 çay stəkanı duru yağ

3 yemək qaşığı nişasta

Təxminən 1,5 su stəkanı Un (Əgər az olsa artıq qata bilərsiz)

2 çay qaşığı kakao.



Hazırlanması:

Kakao və undan başqa bütün vəsaitləri bir qaba qoyun və yoğurun.

İki bərabər parçaya bölün. Bir parçaya kakaonu töküb yoğurun. Digər parçaya un əlavə edin yoğurun.

Fındıq böyüklüyündə parçalar qoparıb yuvarlayın. Aşağıdakı şəkildəki kimi yerləşdirin

Hazırladığınız dairələri əlinizə alın və eyni istiqamətə doğru fırladın.

Yağlı kağız sərilmiş nimçəyə peçenyeləri düzün. Əvvəldən isidilmiş 180 dərəcəli sobada üzəri qızarana qədər bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!