Sevinc piroqu resepti

Sevinc piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 11
Sizlərlə çox dadlı bir piroq resepti paylaşacam.
Piroqun xəmiri balla, içliyi isə kəsmik və şokoladla hazırlanır.

Tərkibi:

Xəmir üçün:


2 yumurta

180 qr marqarin

2 st. un

1 st. şəkər tozu

3 x.q. bal

1 x.q. xama

0,5 ç.q. soda



İçlik üçün:

200 qr. Kəsmik

1 yumurta

100 qr. şokolad

2-3 x.q şəkər tozu

 

Hazırlanması:

Piroqun xəmiri keks xəmiri kimi olmalıdır. Əvvəlcə yumurta şəkər tozu
ilə çalınır. Bal, xama və əridilmiş  marqarin əlavə edilib qarışdırılır.
Üstünə unla qarışdırılmış soda əlavə edilib qarışdırılır. 

Ət maşınından keçirilmiş kəsmiyə yumurta və sürtgəcin iri gözündən  keçirilmiş  şokolad əlavə edilib qarışdırılır. 

Piroq bişiriləcək tava yağlanır və xəmirin yarısı tavaya tökülür.
Üstünə içliyin hamısı yayılır və xəmirin qalanı da içliyin üstünə
tökülür. 

180 dərəcədə 30-40 dəqiqə bişirilir.

Piroqumuz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!