Mioplopita - Yunan alma piroqu resepti

Mioplopita - Yunan alma piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 25
Tərkibi:

Qat-qat xəmir

Alma-1 kq

Şəkər tozu -4 x.q

Kişmiş- 50 q

Qoz ləpəsi-100q

paket yağı-100-150 q

Darçın- 1ç.q

Bal-4 x.q

Limon



Hazırlanması:

İlk olaraq almanı və qozu xırda-xırda doğrayırıq. Alma, kişmiş, qoz, darçın və şəkər tozunu birlikdə qarşdırıb kənara qoyuruq.

Qat-qat xəmiri 4 hissəyə bölüb bişirəcəyimiz qaba uyğun açırıq.

Və xəmiri qaba qoyub üzərinə ərinmiş yağı çəkirik.

Hazırladığımız içliyi əlavə edirik. Və beləcə 4 dəfə təkara olunur.

Sonuncu xəmiri üzərinə qoyub qalan yağı əlavə edib  kəsmək lazımdır. 180 dərəcədə 40 dəqiqə bişiririk.

Piroqumuz bişərkən 0,5 limon şirəsinə 4 qaşıq balı əlavə edib az odda şirə hazırlayırıq.

Sonda şirəni piroqun üzərinə əlavə edib şəkər pudrası səpirik. Milopita Yunan alma piroqumuz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!