Bananlı, şokoladlı keks resepti

Bananlı, şokoladlı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 28
Tərkibi:

(18 ədəd üçün)


3 ədəd yetişmiş banan

3 ədəd yumurta

150-200 q şəkər tozu

125 ml əridilmiş paket yağı

320 q un

1 ç.q vanilin

1 ç.q qabartma tozu

1/4 ç.q duz

1/2 ç.q soda

100 q damla şokolad



Hazırlanması:

İlk olaraq bananları əzin ki, yumşaq olsun. Yumurtanı şəkər tozu ilə çalırıq. Sonra isə üzərinə yağ, əzilmiş bananları və  vanil əlavə edib qarışdırırıq. 

Unun üzərinə soda, qabartma tozunu əlavə edib qarışdırırıq. Sonra unlu qarışımı asta-asta qarışdıraraq yumurtalı qarışıma əlavə edirik. Sonda isə damla  şokoladı əlavə edirik və bir daha qarışdırırıq.

Xəmiri formalara əlavə edirik, amma formaların bir hissəsini boş saxlayırıq.

200 dərəcə qızdırılmış sobada 25- 30 dəqiqəyə bişiririk. Budur, bananlı, şokoladlı kekslərimiz hazırdır!



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!