Şokoladlı piroq resepti

Şokoladlı piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 37
Tərkibi:

Xəmir üçün:


100 q qara şokolad

50 q kakao

180 ml təzə dəmlənmiş kofe

200 q ələnmiş un

150 q şəkər tozu

1/2  ç.q soda

90 ml qarğıdalı yağı

2 ədəd yumurta

1 ç.q vanilin



Krem üçün:

300 q.ə qaymaq (35 - 40 %-lik)

100 q Şəkər tozu



Hazırlanması:

Əvvəlcə şokoladı bıçaq vasitəsi ilə xırda doğrayın, bir qaba yığın.  

Sonra üzərinə kakao tökün və üstünə 180 ml qaynar kofe əlavə edib qarışdırın (şokolad əriyənə qədər).

Bu ərəfədə xəmiri hazırlayaq.

2 ədəd yumurta ilə şəkər tozunu mikserlə köpüklənənədək çalırıq. 

Sonra üzərinə  duru yağ və vanilin əlavə edin, yenə qarışdırın.

İndi isə ərinmiş şokoladı əlavə edin və qarışdırın.

İndı isə unu və sodanı qarışdırıb əlavə edin.

Qabı yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük.

180  dərəcədə  isidilmiş sobada 30-40 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

İndi isə keçirik kremin hazırlanmasına.

Qaymağı mikserlə yaxşı çalıb şəkər tozu əlavə edirik.

Biskivitiın orta hissəsini bıçaq vasitəsi ilə kəsirik. Həmin biskvitdən ovuntu edirik.

Mikserlə qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik və hazır piroqu soyuducuya qoyuruq ki, əriməsin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!