Moruqlu biskvitli piroq resepti

Moruqlu biskvitli piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 17
Tərkibi:

3 ədəd yumurta ağı

100-150 q şəkər tozu

1 x/q şəkər tozu (moruğa qarışdırılır.)

125 q paket yağı (yumşadılmış)

2 x/q xama

200 q un

1 ç/q vanilin

1 ç/q qartma tozu

150-200 q moruq



Hazırlanması:

Yumurtanın ağını ağarıb köpük halına gələnədək mikserlə çalırıq. Sonra şəkər tozunun yarısını əlvə edib bir də çalırıq.

Kərə yağı və qalan şəkər tozu ayrı bir qabda çalınıb, yaxşıca həll olunur. Sonra  xama, vanil əlavə olunur və bir daha qarışdırılır.

Qabartma tozu una əvvəlcədən qarışdırılır. Sonra unun yarısı qarışıma əlavə olunub qaşıqla qarışdırılır.

Üzərinə yumurta ağını əlavə edib və asta-asta qarışdırırıq. Qalan un da ora əlavə olunub yavaşca qarışdırılır.

24 sm olan list götürülür və qatı xəmir listə yayılır. Üzərinə şəkər tozu ilə qarışdırılmış moruq düzülür.

180 dərəcədə 25-30 dəqiqə bişiririk.

Piroqumuz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!