Dadlı çiyələkli keks resepti

Dadlı çiyələkli keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

100 q paket yağı

120 q badam unu

75 q adi un

150 q şəkər tozu

3 yumurtanın ağı

1 ç.q vanil

Lazım olan qədər çiyələk

Şəkər pudrası - üzəri üçün

1 ədəd qabartma tozu



Hazırlanması:

Yağı bir qaba əlavə edirik və yumşalana qədər gözləyirik. Əgər tələsik olsa, blenderdə yumşalda bilərsiniz və onu yan tərəfdə gözlədirik. Başqa bir qabda şəkər tozunu və hər iki unu qarışdırırıq. Yumurtanın ağını da kənarda vanil əlavə edərək köpüklənənə qədər qarışdırıb qarışımın üzərinə əlavə edib bir daha qarışdırırıq.

Kənarda yumşalmış yağımızı da qarışıma əlavə edib bir-birinə qarışana qədər qarışdırırıq. Xəmir qatı olmalıdır.

Rezin şiriniyyat qablarına qarışımı tökdükdən sonra başları təmizlənmiş çiyələkləri kekslərin ortasına qoyuruq.

200 dərəcədə qızdırılmış sobaya qoyub 20 dəqiqə bişiririk.

Budur, şiriniyyatımız hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!