Pryanikdən hazırlanan şokoladlı-bananlı tort resepti

Pryanikdən hazırlanan şokoladlı-bananlı tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

Şokoladlı pryanik - 500 qram

Xama  -  100-150 qram

Banan - 3 ədəd

Şəkər  ¼ stəkan

Şokolad zövqə görə

Kakao 4 xörək qaşığı



Hazırlanması:

1. Pryanikləri halqa formasında 3 hissəyə bölün.

2. Krem hazırlamaq üçün xamaya kakao, şəkər  tozu əlavə edib yaxşıca çalın. Elə çalın ki, kütlənin həcmi 1,5 dəfə artsın, o, qatılaşsın.

3. Bananı halqa formasında doğrayın.

4. Sonra pryanikləri bir qaba yığın, onların arasına pryanik qırıqlarını tökün.

5. Pryanikin ilk qatını yığandan sonra üzərinə krem çəkin.

6. Bananları kremin üzərinə düzün və yenidən üzərinə krem çəkin.

7. Və beləliklə qalan pryanikləri qat-qat yığın. Üzərinə sürtgəcdən keçirilmiş şokolad parçaları tökün.

8.  Bu tortun 24 saat soyuducuda  qalması şərtdir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!