Kral vatruşkası resepti

Kral vatruşkası resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:

250 q 2%-li kəsmik

1 yumurta

1 paket vanil

1 x.q. kakao

1 ç.q. qabartma tozu

2 ovuc qara gavalı

3 x.q. yulaf və çovdar ununun qarışığı



Hazırlanması:

Kəsmiyin bir hissəsini ayırıb kənara qoyun (iç üçün).

Qalanına yumurta, qabartma tozu, un, kakao əlavə edib xəmir yoğurun. Hazır xəmiri soyuducuda 1 saat saxlayın.

İç: kəsmiklə doğranmış qara gavalını blenderdə xırdalayın, vanil əlavə edin. Əgər daha şirin olmasını istəyirsinizsə, bir qədər şəkər tozu əlavə edin. Hazır içi də soyuducuya qoyun.

Kəsmikli xəmiri qalın oxlovun üzərinə qida plyonkası çəkməklə bir istiqamətdə yayaraq vatruşkalar hazırlayın (yayılmış lavaşın üstünə iç qoyun, ikinca lavaşı üstünə örtün).

Sobada 25-30 dəqiqə, qızaranadək bişirin.

Süfrəyə həm soyuq, həm də isti-isti vermək olar. Qatıq və yoqurtla da dadlı olur.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!