Çiyələkli keks resepti

Çiyələkli keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 17
Uşaqları dadlı şirniyyatla sevindirmək istəyirsinizsə, bu reseptdən istifadə edin. Keks bişirdikdə zövqə görə albalı, moruq istifadə etmək olar.



Tərkibi:

- Un - 2 stəkan

- Yumurta - 3 dənə

- Kefir - 250 qr

- Kərə yağı - 70 qr

- Şəkər tozu - 1 stəkan

- Duz - 1 çimdik

- Qabartma tozu - 1 paket

- Çiyələk - 250 qr



Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə yaxşı çalın.

2. Yumurtanı ayrı qabda çalın və yağlı-şəkərli kütləyə əlavə edin.

3. Kefir əlavə edin və yaxşı qarışdırın.

4. Un, qabartma tozu və duz əlavə edin və yenə yaxşı qarışdırın.

5. Xüsusi selikon formalara əvvəl kəsilmiş çiyələk qoyun, üzərinə qaşıqla xəmir qoyun (bir qədər yer qalmalıdır - təxminən 0,5 sm).

6. Keksləri əvvəlcədən 160 C kimi qızdırılmış sobada üstü bərk olana kimi bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!