Sadə keks resepti

Sadə keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 457
Tərkibi:

3 yumurta

1 st şəkər tozu

1 st duru yağ

1 st qatıq

3 st un

1 vanil

1 qabartma tozu

kişmiş (quru meyve ve s.)

 

Hazırlanması:

Öncə yumurtalar 5-10 saniyə mikserlə qarışdırılır.Üzərinə şəkər tozu tökülüb 10 dəqiqə yenə çalınır.Yumurta ağarmalı və qatılaşmalıdır.Daha sonra duru yağ və qatıq tökülərək mikserlə bir az çalınır.Un və vanil töküldükdən sonra azacıq qaşıqla qarışdırılır və daha sonra mikserlə 10 saniyə qədər çalınır.Qabartma tozunu da töküb çox az mikserlə çaldıqdan sonra xəmir hazırdır.Xəmiri gözləmədən yağlanmış və unlanmış qabın içərisinə tökürük.Kişmişi ya xəmirə qatıb,ya da qaba bir qat xəmir tökdükdən sonra kişmişi töküb üzərindən də qalan xəmiri tökdükdən sonra sobaya qoyun.Soba 5 dəqiqə öncədən qızdırılmalıdır.150-170 dərəcədə bişirin.

 

Qeyd:Sobanı ilk 20 dəqiqə ərzində açmayın və keksi sobanın alt qatında bişrin.Yumurtaları çalarkən ilk öncə yavaş sonra yüksək sürətlə çalın.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!