Kvadrat şəkilli paxlava resepti

Kvadrat şəkilli paxlava resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

1 kq əla növ un,

3 böyük yumurta,

1 kq kərə yağı,

1\2kq antep fıstığı,

1\2 kq süd,

750 q şəkər tozu,

1 çay qaşığı duz,

50 q nişasta,

Yetərin qədər su,



Hazırlanması:

Unu ləyənə alın.

Ortasını hovuz kimi açın.

Içərisinə 3 yumurta qırın.

1 çay qaşığı qədər duz atın.

Yumurta və duzu birlikdə çırparaq bir az da su əlavə edin və unla birlikdə qarışdıraraq yoğurun.

Yoğrulan xəmiri qulaq məməsi bərkliyində hazırlayın.

Sonra üzərini örtərək 10-15 dəqiqə dincə qoyun.

Dincə qoyulmuş xəmiri dəzgahın üzərinə alın.

Qoz böyüklüyündə kündələrə ayırın.

Kündələrin üzərinə un səpərək ovucun içi ilə yayın.

Xəmirin üzərinə yenidən nişasta səpərək əlimizlə açdığımız xəmirləri üst-üstə 6 və ya 12 ədəd olaraq yerləşdirin.

Hazırladığınız xəmirlərin üstünə yenidən nişasta səpərək bir oxlov yardımı ilə kənarlarından ortasına doğru nazikləşdirin.

Xəmirin genişliyi 25-30 sm-yə çatanda xəmiri yenidən üst-üsrə gətirərək
ilk başdakı prosesi yenidən 3 dəfə təkrarlayaraq xəmirineni 60-65 sm,
boyu isə 125-135 sm -ə yaxın olsun.

Açılan xəmiri fırın tabağı böuüklüyündə kəsin vətabağı yağlayın.

Tabaq böyüklüyündə kəsilən yuxadan oxlovanın köməyi ilə 2 qat döşəyin.

Eyni prosesi 12 qat olana qədər davam edin.

əvvəlcədən hazırlanan qaymağı sininin ortasına qoyaraq yuxaların hər tərəfinə yayın.

Üzərinə əzilmiş fıstıq səpərək üstə sərilən yuxanı da 12 qata çatdırın.

Aralarına kərə yağı tökərək iti bir bıçaqla kvadrat şəklində dilimləyin.

Üzərinə qızdırılmış kərə yağı tökərək əvvəlcədən 200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.

Şərbəti üçün 5 su stəkanı şəkər və 5 su stəkanı su qaynadaraq qatı bir şərbət alın.

Isti paxlavanın üzərinə ilıq halda olan şərbəti gəzdirin.

1-2 saat saxlayın.

Sonra servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!