Sağlamlığın dostu: evdə hazırlanan limonlu dondurma resepti

Sağlamlığın dostu: evdə hazırlanan limonlu dondurma resepti
Şirniyyat və Tortlar
10.09.2017 16
Yay aylarının vazkeçilməz ləzzətlərindən biri də dondurmadır. Uşaqlarla yanaşı, böyüklərin də sevərək yediyi dondurma 42 dərəcəni keçən bu qızmar yay günlərində dadınıza çata bilər. Elə mütəxəssislərin də tövsiyə etdiyi, bol miqdarda kalsi ehtiva edən bu qida bizi həm sərinlədir, həm də vitamin və minerallarla təmin edir.



Ancaq təəssüf ki, hazır şəkildə aldığımız dondurmalar sağlamlığımıza zərər verə bilər. Çünki bu dondurmaların tərkibində bir çox qoruyucu maddələr olur. Üstəlik, çox vaxt düzgün şəkildə mühafizə edilmir. Odur ki, ən yaxşı üsul dondurmanı ev şəraitində hazırlamaqdır.



Diyetoloqların öz xəstələrinə daha çox limonlu dondurma yeməyi tövsiyə etdiklərini nəzərə alaraq, aşağıdakı resepti təqdim edirik:



Tərkibi:

2 stəkan yarım şəkər tozu

5 ədəd limon

5 stəkan su



Hazırlanması:

Şəkər tozunu və suyu bir qazana tökərək 5 dəqiqə qaynadın. Daha sonra qarışığın soyumasını gözləyin. Kənarda limonları sıxıb şirəsini  başqa bir qaba tökün. Limon şirəsini soyumuş şəkər tozu və su ilə qarışdırın. Daha sonra əldə etdiyiniz qarışığı tor süzgəcdən keçirin.

Buzluğa qoyub dondurun. Arada bir qarışdırın. Tam donduqdan sonra süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!