Krep şirniyyatı resepti

Krep şirniyyatı resepti
Şirniyyat və Tortlar
10.09.2017 116
Son zamanlar hər kəsin sevimli qidası halına gəlmiş krepləri səhər yeməyi kimi və günorta desert kimi yemək olar. Bu ləzzətli kreplərin evdə hazırlanması qaydasını təqdim edirik.



Tərkibi:

Yumurta - 2 ədəd

Süd - 1 stəkan

Un - 1 stəkan

Vanil - 1 paket

Toz şəkər - 1,5 çay fincanı



Hazırlanması:

- Bütün lazım olan məhsulları bir qaba yerləşdirib mikserlə qarışdırın.

- Krepləri hazırlayacağınız tavanı seçərkən teflon tava olmasına diqqət edin.

- Tavanı azacıq yağlayın.

- Alınan kütlədən çömçə vasitəsilə bir çömçə qədərində krep tavasına tökün.

- İki tərəfi də qızaracaq şəkildə bişirin. Qabdakı kütlə bitənə qədər bu prosesi davam etdirin.

- Hazır kreplərin üzərinə mürəbbə, şokolad sousu, fındık əzməsi, meyvə və ya zövqünüzə görə əlavələr qoya bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!