Qozlu tort resepti

Qozlu tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 77
Tərkibi:

5 ədəd yumurta

1 ədəd xama

200 qr şəkər

200 qr un

1 ədə vanil

1 ədəd qabartma tozu



Krem üçün:

380qr qatılaşdırılmış süd

350 qr yağ

1 ədəd vanil

Pudra şəkəri

Kakao

Doğranılmış qoz



Hazırlanması:

Yumurtanın ağı sarısından ayrılaraq çalınır.

Şəkər tozu az-az əlavə olunaraq çalınır.

Yumurtanın sarısı əlavə olunur.

Xamaya 1 çimdik soda əlavə edib qarışdırdıqdan sonra kütləyə əlavə olunur.

Qarışdıqdan sonra un, vanil və qabartma tozu tökülür.

Qarışdırılır əgər düyüm –düyüm qalarsa çırpıcı ilə qarışdırın 180 dərəcədə 20 dəqiqəyə bişir ilk 10-15 dəqiqə sobanın ağzını açmayın.

Kremin hazırlanması: Otaq tempraturundakı yumuşalmış yağı qaynadılmış qatılaşdırılmış südü 5-6 x.q pudra şəkəri və vanili qarışdıraraq mikserlə yaxşıca çalın.

Şəkildəki hazırladığım tort 2 biskvitlidir ,biskvitlərin arasına krem çəkdikdən sonra qoz səpin və ya kremlə qozu qarışdırın, kənarlarına da çəkin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!