Dietik chees kek resepti

Dietik chees kek resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:

3 x.q bal

150 ml qaynar su

15 q jelatin

100 qr yoqurt yaxudda xama

40 qr noxud

150 qr qara qarağat.



Hazırlanması:

Çizkeykin əsasını hazırlamaq üçün noxudu gecədən isladın sonra isə tam bişirin.Bişmiş noxuda 3 x.q bal qatıb blenderla qarışdırın.Kənarı açılan formanın dibinə folqa yaxudda perqament döşəyin.Sonra isə noxud püresini döşəyin.Qarağatın üzərinə 150 ml qaynar su töküb ocağın üstünə qoyun.Qaynara düşəndə götürün.Süzün sonra isəşirəsinə 1 xörək qaşığı bal qatıb qarışdırıb soyuducuya qoyun.Süzdüyünüz qarağatı blenderde xırdalayın 1 x.q bal və 10 qr jelatin əlavə edin.45 dəqiqə saxlayın.Bu müddət keçəndən sonra qarağatla jelatin qarışığını jelatin tam əriyənədək qızdırın.Amma qaynatmayın.Yoqurt yaxudda xama əlavə edib qarışdırın formaqabdakı noxudlu əsasınl üzərinə tökün.Soyuducuda 2-3 saat ən yaxşısı-bir gecə saxlayın.Qarağatın süzdüyünüz şirəsinə 5 qr jelatin qatın saxlayıb şişməsini gözləyin sonra ocağın üstündə jelatin əriyərək qızdırın(qaynatmayın).Donmuş yoqurt qarışığının estündən əlavə edin soyuducuda tam bərkiyənədək saxlayın.

Süfrəyə verərkən üzərini giləmeyvə ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!