Çiyələkli rafaello resepti

Çiyələkli rafaello resepti
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

- Çiyələk — 200 qr

- Yumurta — 1 ədəd

- Şəkər tozu — 5 ст.л.

- Kərə yağı — 30 qr

- Kəsmik — 250 qr

- Un — təxminən 1 stəkan

- Suxari qırıntıları

- Kokos qırıntıları



Hazırlanması:

Yumurtanı şəkər tozu ilə çalın və qarışdıra-qarışdıra kərə yağı və kəsmiyi əlavə edin. Sonra alınan kütləyə un əlavə edin. Yüngül xəmir yoğurun. Xəmirdən kiçik hissələr qopardın və onlardan kətələr hazırlayın. İçinə bütöv çiyələk qoyun, sonra əllərinizi una batıraraq kürəciklər düzəldin. Sonra kürəcikləri qaynayan suya atın və suyun üzünə çıxdıqdan sonra 3 dəqiqə ərzində bişirin. Bişdikdən sonra kürəcikləri kəfgirlə sudan çıxardın. Suxari və şirin kokos dənəciklərinin qarışımına batırın.

Servis etdikdə çiyələklə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!