Panforte resepti

Panforte resepti
Şirniyyat və Tortlar
10.09.2017 34
Tərkibi:

125 q fındıq

125 q badam

100 q ərik qurusu

100 q əncir qurusu

100 q qəhvəyi şəkər tozu

60 q un

40 q kakao

2 ç.q. limon sedrası

2 ç.q. darçın

1/2 ç.q. zəncəfil tozu

200 q bal

40 q şəkər pudrası

 

Hazırlanması:

Formanın içinə perqament döşəyin,

kərə yağı ilə yağlayın. Fındığı tavada qovurun, dəsmalın arasına qoyub ovuşdurun, qabığı təmizlənəcək.

Fındığı, badamı iri, quru meyvələri xırda doğrayın, qarışdırın.

Xırda doğranmış limon sedrası əlavə edin.

Unu ədviyyat və kakao ilə qarışdırıb quru meyvə qarışığına əlavə edin.

Tavada balı şəkər tozu ilə qarışdırın, vam odda şəkər tozu əriyənədək qızdırın.

Qaynara düşəndə götürün, quru qarışığun üzərinə tökərək qarışdırın.

Bu zaman cəld tərpənmək lazımdır, çünki kütlə tez qatılaşır.

İçinə perqament döşənib yağlanmış formanın içinə tökün.

Qaşıqla hamarlayın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Hazır piroqu formada soyudun, üzərinə şəkər pudrası səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!