Stəkanda keks resepti

Stəkanda keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 19
Tərkibi:

3 yumurta,

1 su stəkanı şəkər,

1,5 su stəkanı un,

Yarım çay stəkanı su,

Yarım çay stəkanı duru yağ,

1 qabardma tozu.

1vanilin,



Üzəri üçün:

Çiyələkli kerm şanti,

Çiyələk sosu.



Hazırlanması:

Dərin bir qabda yumurta və şəkəri qatıb mikserlə çırparaq qar halına gətirin.

Daha sonra duru yağ və suyu əlavə edib çırpmaya davam edin.

Un, qabartma tozu və vanilini də əlavə edərək şparula ilə eyni istiqamətdə qarışdırıb unu yaxşıca yumurtalar ilə qarışdırın.

Daha sonra dondurma stəkanlarını su stəkanlarının içərisinə qoyun.

Içərilərini yarıya qədər xəmir qoyub dondurma stəkanlarını su stəkanları ilə birlikdə fırın tabağına düzün. əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.

Keksləri fırından çıxardıb soyumağa qoyun.

Bu arada isə krem şantini hazırlayın.

Krem şantiyə 1 stəkan süd qatıb möhkəm çırpın və soyuducuda bir az saxlayın.

Daha sonra şantini soyuducudan çıxardın.

Şirniyyat qaşığını suya batırıb çıxardın və şantidən qaşıqla alıb kekslərin üzərinə dondurma şəkli verib çiyələkli sosla bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!