Kakaolu bananlı kiçik piroqlar resepti - FOTO RESEPT

Kakaolu bananlı kiçik piroqlar resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

4 stəkan un (stəkanlar silmə olacaq)

3 yemək qaşığı kakao

1 stəkan pudra şəkəri

2 ədəd yumurta

150 qr. kərə yağı

1 çay (armudu) stəkanı duru yağ

1 yemək qaşığı dolusu qatıq

Yarım paket qabartma tozu

1 şirin qaşığı vanil



İçlik:

2 ədəd banan

2-3 yemək qaşığı qatılaşdırılmış süd

Çox az süd



Üzəri üçün

40 qr. bitter şokolad



Hazırlanması:

Soyuq kərə yağı, un, kakao, pudra şəkəri, vanil və qabartma tozunu tam qaırşana qədər mikserlə çalın.

Qalan vəsaitləri də əlavə edib yenidən qarışdırın. Yumşaq, rahat şəkil verilə bilər lakin ələ yapışmayan bir xəmir əldə edin.

Xəmirin altını və üstünü unlayıp yarım sm. qalınlığında yayın.

Böyük boy yumru kəsmə qəlibiylə və ya stəkanın ağzı ilə xəmirdən yumrular kəsin.Muffin qəliblərinə dairələri yerləşdirin. Yaxşı yerləşdirmək üçün, bir çay stəkanının altını unlayıp xəmirin üzərinə yüngülcə basdırın. Əgər hər iki qəlib də yoxsa, istiliyə dayanıqlı kiçik kasaların arxasına xəmirləri yapışdırın elə bişirin. Qəliblərə yerləşdirdiyiniz xəmirlərin dibinə çəngəllə dəliklər açın .

 

Əvvəldən isidilmiş 200 dərəcəlik sobada piroq xəmirlərini 20 dəqiqə qədər bişirin. İlk 10 dəqiqənin ardından xəmirlərin dibinə yumru uclu bir alətlə (təmiz bir sarmısak döyəcəyi ola bilər) basdırın ki, çox qabarmasın. Sobadan çıxardığınız kiçik piroqları soyumağa qoyun.

Digər tərəfdə içliyi hazırlayın.

İçlik üçün əvvəl 2 və ya 3 yemək qaşığı qatılaşdırılmış südü bir az südlə açın. Pudinq konsistensiyasında olmalıdır. Əgər qatılaşdırılmış süd onsuz da durudusa südlə açmağa ehtiyac yoxdur.

Bananları kiçik kiçik doğrayıb qatılaşdırılmış südə əlavə edin. Bu içliyin içinə, arzunuza görə darçın və ya şokolad parçaları əlavə edə bilərsiniz.

İçliklə kiçik piorqların içini doldurun. (bu vəsaitin içinə damla şokolad da əlavə edə bilərsiniz)

Üzərinə benmari üsulu əridilmiş şokoladdan gəzdirin. İncə xəttlər üçün şokoladı kiçik bir paketə qoyub uc qisimini qayçıla azca kəsə bilərsiniz.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!