Qatılaşdırılmış südlü peçenye resepti - FOTO RESEPT

Qatılaşdırılmış südlü peçenye resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 160
Tərkibi:

150 qr. kərə yağı

1 çay (armudu) stəkanı duru yağ

2 ədəd yumurta

1 yemək qaşığı dolusu qatıq

4 stəkan un (stəkanlar silmə olacaq)

3 yemək qaşığı kakao

1 stəkanı pudra şəkəri

Yarım paket qabartma tozu

1 şirin qaşığı vanil



Üzəri üçün:

qatılaşdırılmış süd və bitter şokolad



Hazırlanması:

Soyuq kərə yağı, un, kakao, pudra şəkəri, vanil və qabartma tozunu yaxşıca qarışdırın (mətbəx robotunda).

Qalan vəsaitləri də əlavə edib yenidən qarışdırın. Yumşaq, rahat şəkil verilə bilər lakin ələ yapışmayan bir xəmir əldə edin. Xəmirdən qoz böyüklüyündə parçalar götürüb yumrulayın. İri döyülmüş qoz və ya fındığa bulayın. Tam orta qisimini barmağınızla və ya yumru bir cisimlə basdırın.

 

Əvvəldən isidilmiş 170 dərəcəlik sobada 40 dəqiqə qədər bişirin. Sobadan çıxartmamış peçenyelərdən birini qırıb baxın. İçi xəmir görünürsə, bir az daha bişirin.

Sobadan çıxan peçenyelər ılınınca tort şprisinə 3 yemək qaşığı qədərqatılaşdırılmış süd qoyun (qatı olması lazımdı) ulduz ucuyla peçenyelərin çuxur qisiminə sıxın.

Üzərinə benmari üsulu əridilmiş şokoladdan gəzdirin. İncə xəttlər üçün şokoladı kiçik bir paketə qoyub uc qisimini qayçıla azca kəsə bilərsiniz.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!