Səmərqənd peçenyeləri resepti - FOTO RESEPT

Səmərqənd peçenyeləri resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 41
Tərkibi:

125 qr kərəyağı ( yarım paket )

Yarım armudu stəkanı qatıq

Yarım armudu stəkanı duru yağ

2 yemek qaşığı nişasta

1 stəkan şəkər (şirin istəyənlər artıq tökə bilər şəkəri)

1 paket qabartma tozu

Ala bildiyi qədər un



İçlik üçün:

3 və ya 4 ədəd alma

1 stəkan şəkər

yarım armudu stəkanından bir az çox çəkilmiş qoz

istəyə görə 1 portağal qabığı rəndəsi və ya 1 çay qaşığı toz darçın ( mən portağal qabığı rəndəsi istifadə etdim :) )



Üzəri üçün:

Pudra şəkəri



Hazırlanması:

Əvvəlcə soyduğumuz və rəndələdiyimiz almaları toz şəkər əlavə edərək tavada suyunu çəkənə qədər bişirin, istəyə görə üzərinə darçın və ya portağal qabığı rəndəsini əlavə edin və yaxşıca qarışdırın. ən son qozu töküb qarışdırın və soyumağa buraxın

Peçenyenin xəmiri üçün otaq istiliyindəki kərə yağını, duru yağı, qatığı, toz şəkəri, qabartma tozunu, nişastanı yaxşıca qarışdırın və unu az az əlavə edib yaxşıca yoğurun. Xəmirdən naringi böyüklüyündə bir parça xəmir alın,

Xəmiri istəyə görə yüngül un səpərək oxlovla şirin qabından bir az daha kiçik olacaq şəkildə yayın, 4 parçaya kəsin v hərfi şəklinə qarşılıqlı olaraq 3 cızıq ataraq kəsin( şəkildə görüldüyü kimi ) tam ortasına 1 çay qaşığı dolu almalı içliyi qoyun və yaylıq kimi üst üstə gələcək şəkildə bağlayın.

 

Əvvəldən isidilmiş 200 dərəcə sobada bişirin.

Səmərqənd peçenyesinin üzərinə pudra şəkərini səpin və servis edin.









Nuş olsun!

 

Bu da mənim bişirdiyim  :127: Səmərqənd peçenyeləri, mən içinə başqa cem də qoydum, çox dadlı olur qızlar, siz də bişirin....  :11:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!