Qazan keksi resepti

Qazan keksi resepti
Şirniyyat və Tortlar
10.09.2017 10
Tərkibi:

200 qram (1 su stəkanı) toz şəkər

2 dənə yumurta

100 qram (1 çay stəkanı) süd

50 qram (Yarım çay stəkanı) su

15 qram (3 yemək qaşığı) kakao

1 paket qabartma tozu

240 qram (1,5 su stəkanı) un

1 dənə vanil



Şokolad sousumuz üçün:

500 qram (2 su stəkanı) süd

1çay qaşığı nişasta

1 çay qaşığı un

100 qram (yarım su stəkanı) toz şəkər

10 qram (2 yemək qaşığı kakao)



Hazırlanması:

İslatmamız üçün isə yarım çay stəkanı süd və ya meyvə şirəsi.



Qazan keksinin hazırlanma qaydası:



Orta boy qazanı (teflon) marqarin və ya kərəyağı ilə yağlayın.



Köpürənə qədər yumurtaları qarışdırırıq. Şəkəri də əlavə etdikdən sonra qabarana qədər qarışdırmağı davam etdirin.



Su, süd və kakaonu əlavə edərək çırpmağa davam edin. Un, vanil və qabartma tozunu əlavə edərək çırpırıq və keksinizi qazana tökün.



Qazanın qapağını bağlayın. Çox az xodda bişirməyə başlayın.



15 dəqiqə keçdikdən sonra qapağını açıb keksimizi idarə edə bilərsiniz.



20-30 dəqiqədən sonra yavaşca keks şəklini almağa başlamışdır. (Tavamızın qalınlığına görə bişmə müddəti dəyişə bilər). Çöp testi ilə keksin, bişib-bişmədiyini yoxlaya bilərsiniz.



Bişmiş keksi ocaqdan götürüb yaxşıca soyuduqdan sonra, qazanımızdan servis edəcəyimiz qaba tərs çevirək.



Bişən keksi ikiyə bölünəcək şəkildə kəsirik və süd və ya meyvə şirəsi ilə isladırıq. Üzərinə kremin bir hissəsini sürtürük. (Üst qisimi üçün ayırın)



Əgər istəsəniz dilimli meyvələr, damla şokolad və s. istifadə edin.



Qalan keks parçasını süd ilə isladın. Tortun üzərinə bağlayın və artıq qalan kremi tortun üstünə töküb, istədiyiniz kimi bəzəyə bilərsiniz.

Qeyd: Tortu bir müddət saxladıqdan sonra dilimlər halında servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!