Pan de calatrava resepti

Pan de calatrava resepti
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi (6 pay):

1 l süd

7 yumurta

150 q şəkər tozu

bayat çörək (yaxud keks, ya da savoyardi peçenyesi)

darçın (budaq)

limon sedrası



Karamel:

4 x.q. şəkər tozu

3 x.q. su



Hazırlanması:

Öncə karameli hazırlayın. Qalın dibli qazanda su ilə qarışdırılmış şəkər tozunu əridin. Karamel gözəl qızılı rəng alan kimi hazır sayılır. Ehtiyatlı olun, əlinizi yandırmayın.

Limonu yuyub sedrasını çıxarın (ağ hissəsi düşməsin).

Südü darçın çubuğu və limon sedrası ilə qaynadın. Soyudun.  

Yumurta ilə şəkər tozunu möhkəm çalın, bişirdiyiniz süddən az-az əlavə edin. Bu zaman çalmağı dayandırmayın, həmçinin südü süzsəniz, daha yaxşı olar.

Odadavamlı formaya karameli tökün, formanı əlinizlə hərəkət etdirərək karamelin bütün dibinə və divarlarına yayılmasına çalışın.

Formanın dibinə çörək dilimləri (keks, yaxud savoyardi peçenyesi) döşəyin, üzərinə yumurtalı-südlü qarışığı tökün.  Çörək (keks, peçenye) üzə qalxacaq, narahatlığa əsas yoxdur, belə də olmalıdır.

180 dərəcədə, su hamamında 25-30 dəqiqə bişirin (qabdakı su formanın yarısınadək çatmalıdır).

Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Formada soyudun. Sonra boşqaba tərs çevirin, formanı çıxarmadan soyuducuda 1 neçə saat saxlayın.  

Süfrəyə qaymaqla verə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!