Yumşaq almalı peçenye resepti - FOTO RESEPT

Yumşaq almalı peçenye resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 160
Tərkibi:

55 q kərə yağı

1 yumurta

0,5 fincan şəkər tozu

0,5 fincan qəhvəyi şəkər tozu

1,5 st. un

3 x.q. xama

1 ç.q. qabartma tozu

1/4 ç.q. duz

1 iri alma

0,5 fincan kişmiş



Hazırlannması:

Yumşaq kərə yağını şəkər tozu və yumurta ilə qabarınca çalın.



Un, duz, qabartma tozunu qarışdırın. Yağlı-yumurtalı qarışığa tədricən, xama ilə növbələyərək əlavə edin.  

Almanın cecəsini çıxarın, 0,5 sm tərəfli kubik doğrayın.



Xəmirə almanı və kişmişi qatıb qaşıqla ehtiyatla qarışdırın.



Xəmirdən çay qaşığı ilə götürərək perqament döşənmiş siniyə aralı olmaqla düzün (bişəndə yayılır).



200 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.




 

 

 

 

 

 Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!