Bananlı tort resepti - FOTO RESEPT

Bananlı tort resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 64
Tərkibi:

Biskivit üçün:


1 st un

6 ədəd yumurta

1 st şəkər

0,5 ç/q vanil



Krem üçün:

1 ədəd yumurta

1st şəkər

1 st süd

1x/q un

300 qr kərə yağı



İçi üçün:

2 ədəd banan

Qeyd: Mən zavarnoy kremdən istifadə etmişəm.



Hazırlanması:

Tortu hazırlayarkən ilk öncə zavarnoy kremi bişiririk ki biskivit bişənə kimi soyusun.



1.
Zavarnoy kremi hazırlamaq üçün yumurta, şəkər, süd,un qazana tökülür və
qaşıqla çoxlu qarışdırılır (çırpma teli varsa onunla daha rahatdır).



2.
Qarışdırdıqdan sonra orda istilikdə qaza qoyub qatı hal alana kimi
bışiririk. Bişirən zaman mütləq kremi qarışdırmaq lazımdı. Əks halda
çürümə ola bilər.



3.
Krem qatılaşan zaman qazdan alınır və tam soyudulur. Tam soyuduqdan
sonra kərə yağı əlavə olunur və mikserlə ağarana kimi çalınır.



4.
Biskiviti hazırlamaq üçün iki qab götürülür (qablar tam quru
olmalıdır). Yumurtanın ağını sarısından ayırıb ayrı-ayrı qablara
tökülür.



5. 1 st şəkərin yarısını yumurtanın ağına, yarısını sarısına tökürük.



6.
Mikserin köməyi ilə yumurtanın ağını çoxlu çalırıq .Mikserle çalınarkən
mikserin ağıznın təmiz olmağına diqqət yetirmək lazımdır.Ədər biraz yaş
olarsa və ya başqa qalıq olarsa yumurtanın ağı yaxşı şişməyəcək və bərk
olmayacaq. Mikserlə o vaxta qədər çalınır ki qabı başı-aşağı
tutduğumuzda alınan kütlə tökülməməlidir.



7. Mikserin ağızları yuyulur, yaxşı qurulanır. Sonra yumurtanın sarısı şəkərlə çalınır (o qədər çalınır ki rəngi açılsın).



8. Alınan iki kütlə ust-üstə tökülür və silikon qaşıqla yavaş-yavaş qarışdırlır (çox qarışdırmaq olmaz).



9. Üzərinə ələkdən keçirilimiş un və vanil əlavə olunub silikon qaşıqla qarışdırılır (çox qarışdırmaq olmaz).



10.
Xəmir hazır olan kimi tez bişməyə qoymaq lazımdır. Çünki xəmir kənarda
qalarsa sonra yaxşı şişməz. Bunun üçün xəmir diametri 23 sm olan tavaya
tökülür.



11.
Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişirilir.
Sobanın ağzını 15 dəqiqə ərzində açmaq olmaz. Xəmirin üzü acıq qızılı
rəng aldıqda taxta çöplə xəmirin bişməyini yoxlamaq lazımdır.Əgər
taxtanın üstündə xəmir yoxdusa deməli biskvit bişib.



12. Biskvit hazir olduqdan sonra soyudulur və iki bərabər hissəyə bölünür.



13. Biskvitin bir hissəsinə krem vurulur və üzərinə doğranmış banan dilimləri düzülür.



14. Biskvitin ikinci hissəsinə də krem vurulub bananın üstündən qoyulur.



15. Tortun kənarları, üstü kremlənir və zövqə görə bəzədilir.



Qeyd: Tortun bəzədilməsində krem şantidən də istifadə etmək olar.



























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!